Kriminal
Gözətçi işlədiyi evdən 125 min manatlıq oğurluq etdi - FOTO
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbir nəticəsində 1986-cı il təvəllüdlü Ramal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.
Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən 125 min manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü İvan Kisliyakov saxlanılıb.
Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
-
Magazin115 İyun 23:12
Nəsrin bu səbəbdən təlaşa düşdü - VİDEO
-
Sosial15 İyun 22:12
Çingiz Mustafayevin təxliyəsi necə həyata keçirilib? - DETALLAR
-
Sağlamlıq15 İyun 21:48
Ölüm riskini 33% AZALDAN PƏHRİZ - Xərçəngin inkişaf riskini də aşağı salır
-
Sosial15 İyun 21:24
Azərbaycanlı həkimin hotel tikdirmək arzusu ürəyində qaldı - 333 min manat necə mənimsənildi?
-
Magazin115 İyun 19:24
Məlahət Abbasovanın ailəsinə ağır itki - FOTO
-
MDB15 İyun 19:00
Azərbaycanlı məşhur bloqerin BAŞI DƏRDDƏ - 4 bank hesabı bloklandı
-
Kriminal15 İyun 18:24
Azərbaycanda DƏHŞƏT: sevgilisinin dodağını siqaretlə yandırdı, sonra küçədə...
-
Sağlamlıq15 İyun 17:51
Depressiya və bədən istiliyi arasında qəribə əlaqə aşkar edildi