Qalmaqallı hakimin gizli eşq yaşadığı iş adamı danışdı: "Əri münasibətimizə razılıq verdi" - FOTO
Bizi izləyin

Region

Qalmaqallı hakimin gizli eşq yaşadığı iş adamı danışdı: "Əri münasibətimizə razılıq verdi" - FOTO

Türkiyənin Adana şəhərində qadın hakim G.Ə. ilə 5 ildir gizli eşq yaşayan iş adamı Sərvər Leventoğlu qalmaqallı açıqlamalar verib.

Publika.az xəbər verir ki, S.Leventoğlu gizlin eşq və narkotik qalmaqalları ilə gündəmə gələrək peşəsindən qovulan hakim tərəfindən təhdid olunduğunu bildirib. Onun sözlərinə görə, hakimin əri də bu mübasibətə razılıq verirmiş.

2018-ci ildən bəri Sərvərlə münasibət yaşayan hakim ona güclü bir kişi olduğunu və onu qorumasını istədiyini deyib. Lakin Sərvər hakimin başqa şəxslərlə də hansısa mənfəət qarşılığında münasibət yaşadığını öyrəndikdən sonra onunla yollarını ayırmaq istəyib. Bundan sonra Sərvərin iş yerinə gələn iki nəfər onun telefonunda olan hakimin görüntülərini silməli olduğunu, əks halda onu öldürəcəklərini bildirərək təhdid ediblər.

Baş verənlərdən sonra S.Leventoğlu hakim barəsində şikayət edib. Şikayətdən sonra onun daha əvvəl öz müttəhimindən bəraət qarşılığında 500 milyon lirə (təxminən 25 milyon manat) rüşvət aldığı da iddia edilib. Bundan əlavə, hakimin xüsusi xəstəxanadan reseptsiz narkotik vasitələri əldə edib qəbul etdiyi də ortaya çıxıb.

Sərvər hələ də hakimin münasibəti bitirməməsi üçün onu təhdid etdiyini, ərinin də onu dəstəklədiyini bildirir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm