Kriminal
Məhkəmə "qanuni oğru" haqda qərar verdi: Türkiyədə taclandırılmışdı
Moskva Şəhər Məhkəməsi Misir tərəfindən ekstradisiya edilən Dato Svan kimi tanınan qanuni oğru David Çaçibayı mühakimə edib.
Publika.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Həmin şəxs cinayət iyerarxiyasında yüksək statusa malik olmaqda və hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur. Müəyyən edilib ki, Çaçibay cinayət ideologiyasına sadiqliyini sübut edib. 2014-cü ildə o, Türkiyədə olub və kriminal avtoritetlərlə videokonfransda cinayət iyerarxiyasında ən yüksək mövqe tutan, Moskvanın cəza sistemi müəssisələrində cinayət təsir zonası təyin edilmiş şəxs kimi tanınıb
Bundan əlavə, prokurorluğun məlumatına görə, Çaçibəy mütəşəkkil dəstəyə rəhbərlik edərək ölümlə hədələnən bir adamdan 15 milyon rubl pul alıb.
Çaçibəy 2022-ci ilin martında Misirdə saxlanılıb və daha sonra Rusiyaya ekstradisiya edilib. Yoxlama zamanı o, müfəttişə qanuni oğru olduğunu deyib. Mütəxəssislərinin fikrincə, bunu bədənindəki döymələr də təsdiqləyir.
2023-cü ildə məhkəmə tərəfindən bəraət aldıqdan sonra Moskva Şəhər Məhkəməsinin hökmü ləğv edilib və Çaçibay yenidən saxlanılıb. Yenidən məhkəmə prosesi münsiflər heyəti olmadan baş tutub.
Nəticədə qanuni oğru nəhayət ki, 15 il müddətinə azadlıqdan məhrum edilib.
Adəm
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










