Kriminal
Bakıda silsilə oğurluqlar edən qardaşlar saxlanıldı
Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.
Daxili İşlər Nazirliyindən Publika.az-a bildirilib ki, naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










