Kriminal
Elman Paşayevi hansı cəza gözləyir? - Detallar
Xəbər verdiyimiz kimi, Rusiya İstintaq Komitəsi (İK) keçmiş vəkil Elman Paşayevə qarşı cinayət işi açıb.
Publika.az xəbər verir ki, onun hancı cəzanın gözlədiyi bəlli olub.
Komitənin yaydığı məlumata görə, vəkili 10 ilə qədər həbs gözləyir. O, “Xüsusilə külli miqdarda dələduzluq” maddəsi ilə şübhəli bilinir.
İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev Aleksey Blinovskiyə onu və “Marafonlar kraliçası” kimi tanınan Yelena Blinovskayanı cinayət işi üzrə məsuliyyətdən azad edəcəyinə söz verib. Bundan sonra keçmiş vəkil onlardan külli miqdarda pul alıb.
Hazırda onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir.
Qeyd edək ki, Paşayev 2020-ci ildə vəkillik statusunu itirib. Bu tədbir Ədliyyə Nazirliyinin aktyor Mixail Yefremovla bağlı baş vermiş bədbəxt hadisədə iştirak edən vəkillərin cəzalandırılmasını tələb etməsindən sonra həyata keçirilib.
Daha sonra vəkil xüsusi hərbi əməliyyat (SVO) zonasına gedib. 2024-cü ilin aprelində onun xəsarət aldığı məlum olub. Aralarında hüquq müdafiəçisinin də olduğu bir qrup hərbçi Uqledar bölgəsində mühasirəyə alınaraq atəşə və pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Paşayev sonralar partlayış və xəsarət anını xatırlamadığını bildirib.
Adəm Abbaslı
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










