Kriminal
Xalası oğlunun 160 minini "TikTok"da xərclədi - “Varlı görünmək istəyirdim”
Bakıda xalası oğluna məxsus 160 min manat pulu "TikTokd"a xərcləyən 1996-cı il təvəllüdlü F.Məmmədovun məhkəməsi başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cəlilabad sakini olan F.Məmmədova hökm oxunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, F.Məmmədov Kürdəxanı qəsəbəsində tanınmış iş adamı, həm də xalası oğlu E.Qardaşovun rəhbəri olduğu taxıl məhsullarının istehsalı ilə məşğul olan “Agro EM” MMC şirkətində çalışıb. O, 2023-cü il ərzində iş yerinə məxsus 164 040 manat pulu hissə-hissə ödəmə aparatı vasitəsilə "TikTok"da istifadə edilən jeton almaq üçün xərcləyib.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, "TikTok"da pul xərcləyən və bloqerlərə hədiyyələr göndərənlərin nüfuzu yüksəlir və onlar çox imkanlı insan kimi tanınırlar. Bu səbəbdən özünü var-dövlətli şəxs kimi göstərmək istəyən F.Məmmədov xalası oğluna məxsus pulları jeton almağa və bloqerlərə xərcləməyə başlayıb. O, “blackshark” profili vasitəsilə bloqerlərə çoxsaylı hədiyyələr, hətta 650 manatlıq hədiyyə göndərib.
İstintaq zamanı onun daha əvvəl də dələduzluq əməli törətməsi və həmin işə görə ayağında elektron qolbaq daşıması məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə isə E.Qardaşov xalası oğlundan şikayətçi olmadığını bildirib. O, təqsirləndirilən şəxsi bağışladığını və ona dəyən zərərin F.Məmmədovun valideynləri tərəfindən ödənildiyini bildirib.
Məhkəmənin qərarı ilə F.Məmmədova 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
-
Region20:12İtkin düşmüş kişi tabutun içində SAĞ TAPILDI
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video






















.jpg)
.png)



.jpg)

.jpg)










