Kriminal
"Türk Eskobar" həbsxanada öldü
"Türk Eskobar" kimi tanınan narkotik ticarətçisi Urfi Çetinkaya saxlanıldığı həbsxanada ölüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xatırladaq ki, 2024-cü il fevralın 20-də İstanbul, İzmir, Afyonkarahisar, Malatya, Antalya, Çanaqqala, Biləcik, Muğla və Balıkesirdə Çetinkayanın rəhbəri olduğu mütəşəkkil cinayətkar qrupa qarşı keçirilən "Qəfəs-44" əməliyyatında 43 şübhəli saxlanılmışdı.
Almaniya, Bolqarıstan, İspaniya, Mavritaniya, Portuqaliya və Yunanıstanda 13 ton və Türkiyədə ələ keçirilən 24 ton, ümumilikdə 37 ton narkotikdən məsul olduqları müəyyən edilən şübhəlilər tanışları vasitəsilə özlərinə məxsus gəmi, ticarət konteyneri və balıqçı qayıqları ilə beynəlxalq narkotik daşımaları həyata keçiriblər.
İstintaq çərçivəsində cinayət təşkilatına aid 147 torpaq sahəsi, 56 yaşayış yeri, 8 yaşayış binası, 74 iş yeri, 53 dəbdəbəli nəqliyyat vasitəsi, qayıq, 53 şirkətdə ortaqlıq payları, 64 bank hesabı, 7 seyf və çox sayda qızıl-zinət əşyası, böyük məbləğdə nağd pullar aşkar edilib.
"Narkotik vasitələrin istehsalı və daşınması" ittihamı ilə 24 il həbs cəzası alan və qırmızı bülletenlə axtarışda olduğu halda, İstanbulda ələ keçirilən Urfi Çetinkaya isə 12 aprel 2023-cü ildə həbs edilmişdi.
(Oxu.az)
-
Nəqliyyat18:24ADY valideynlərə çağırış etdi - VİDEO
-
Sosial13:49“Zara”nın bu məhsulu ilə bağlı xəbərdarlıq edildi: Ölümcüldür, almayın
-
Rəsmi xronika13:14Prezident məcburi köçkünlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi
-
Dünya12:13Manila görüşündə ABŞ-a göndərilən “müsbət siqnal” - Rusiya nəyə ümid edir?
-
Elm və təhsil11:35Peşə təhsilində 5 yeni ixtisas tədris olunacaq
-
Rəsmi xronika11:05İlham Əliyev misirli həmkarını təbrik etdi
-
Dünya10:22Dünya bundan danışır: Tramp çıxış edərkən arxasındakı şəxs gündəm oldu - Video
-
ABŞ09:33ABŞ daha bir ölkəyə qarşı hərbi əməliyyata başlaya bilər - Müzakirə aparılır






















.jpg)
.png)




.jpg)

.jpg)









