İdman
Afrika futbolunda inqilabi dəyişiklik: Millətlər Kubokunda komanda sayı artırıldı
Afrika Futbol Konfederasiyasının prezidenti Patrik Motsepe Afrika Millətlər Kubokunda genişmiqyaslı islahatların aparılacağını açıqlayıb.
Publika.az xəbər verir ki, 2019-cu ildə 24 komandaya qədər genişləndikdən sonra, əsas qitə turnirində indi 28 milli komanda iştirak edəcək. 28 komandanın iştirakı ilə ilk turnir 19 iyun – 17 iyul 2027-ci il tarixlərində Keniya, Tanzaniya və Uqandada keçiriləcək.
“Növbəti Afrika Millətlər Kubokunda iştirakçıların sayını artırdıq”, – Motsepe bildirib.
Bu dəyişiklik yarışın final mərhələsinin yenidən təşkilinə gətirib çıxaracaq. Final mərhələsi üçün yeddinci qrupun yaradılması gözlənilir. Yeddi qrupun hər birindən ilk iki yeri tutan komandaya (cəmi 14 komanda) ən yaxşı üçüncülərdən də iki komanda qoşulacaq.
Prezident, həmçinin Qadınlararası Afrika Millətlər Kubokunun mükafat fondunun maliyyə baxımından yenidən qiymətləndirildiyini açıqlayıb. Ümumi mükafat fondu 67% artımla 3,475 milyon dollardan 5,8 milyon dollara qədər artacaq.
Kubokun qalibi indi 2 milyon dollar (əvvəl 1 milyon dollar), ikinci yeri tutan komanda 750.000 dollar (+50%), üçüncü yeri tutan komanda isə 500.000 dollar alacaq.
Bu misli görünməmiş maliyyə islahatları vasitəsilə CAF milli federasiyaları gənc qadın futbolçuların təliminə və işə götürülməsinə əhəmiyyətli dərəcədə investisiya qoymağa birbaşa təşviq etməyi hədəfləyir.
Müəllif: Tural
-
Hadisə18:48“Şəki yaylası”nda faciə - Ölənlər var
-
MDB15:00Zelenski bəyan etdi: Bu iki məsələdə güzəştə hazırıq
-
Elm və təhsil14:21Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
-
Sosial14:12Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar
-
Region13:18Paşinyan “Ukrayna dırmığı”nda dayanır – Moskvadan İrəvana növbəti xəbərdarlıq
-
Nida Xəbər 12:27Əli Əsədov onu vəzifədən azad etdi
-
Dünya12:12AfD-nin qələbəsi: Almaniyada türkləri nə gözləyir? - Ekspertlərdən xəbərdarlıq
-
MDB11:42Gürcüstanın sabiq baş prokuroru Rusiyada bölmə yaratdı - Ukraynaya qarşı vuruşacaq























.jpg)


.jpg)





.png)




