Dəb
Cins donla 3 fərqli kombin – FOTOLAR
Bu il cinsdən hazırlanan hər şey dəbdədir, o cümlədən də donlar. Cins donlar həm rahat, həm də şıqdır. Bu donları doğru aksessuarlarla kombin edərək həm gündüz gəzintilərində, həm də axşam dəvətlərində geyinə bilərsiniz.
Publika.az cins donu kombinləməyin 3 üsulunu təqdim edir:
Rahat və şıq
Cins donunuzu səndəl və bel çantası ilə kombin edin. Metal çərçəvəli, açıq rəngli eynəklə stilinizi tamamlayın. Nazik zincir boyunbağılar və qolbaqlarla daha şıq görünə bilərsiniz.
Bohem tərzində
Mövsümün ən çox diqqət çəkən trendlərindən biri də bohem tərzidir. Axşamüstü gəzintiləri, həftəsonu istirahəti zamanı bohem tərzə üstünlük verə bilərsiniz. Cins donla bohem tərzi əldə etmək çox asandır. Bunun üçün qladiator səndəllərə və saçaqlı bir çantaya ehtiyacınız var.
Şıq bir üzük və günəş eynəyi ilə kombininizi tamamlayın.
İddialı
Cins donla olduqca iddialı və seksual görünmək mümkündür. Hündürdaban ayaqqabı və rəngli şıq bir çanta ilə gecə baş tutan dəvətlərə uyğun kombin əldə edə bilərsiniz. Unutmayın ki, aksessuarlarınız da iddialı olmalıdır. Bunun üçün iri sırğalardan və qolbaqlardan istifadə edə bilərsiniz.
Ləman Sultan
-
Region22:00
Türkiyədə matəm elan edildi
-
Region21:40
Rəisinin dəfn mərasimi bu şəhərdə keçiriləcək: tarix dəqiqləşdi - YENİLƏNDİ
-
Magazin120:50
Xalq artisti rəqqasələri topa tutdu: Pula görə özlərini alçaldırlar
-
Region20:25
İranda prezident seçkilərinin keçiriləcəyi tarix AÇIQLANDI
-
Nida Xəbər 19:38
Körpü Azərbaycanın nəzarətinə keçdi: Ermənistan Kirants kəndinə dolama yol çəkir
-
Region18:26
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
-
Region18:18
İranda qəzada ölən valinin yerinə TƏYİNAT
-
Sosial18:00
Əli Əsədov qərarlar imzaladı