Məşhurların həftəsonu stilindən ilham alın! – FOTOLAR
Bizi izləyin

Dəb

Məşhurların həftəsonu stilindən ilham alın! – FOTOLAR

Həftəsonu yaxınlaşır. Dostlarla görüş, alış-veriş və ya əyləncə yerlərinə getmək haqda planlar qurulur. Təbii ki, gedəcəyiniz yerə uyğun nə geyinəcəyiniz də, fikrinizi məşğul edir. Hələ də həftəsonu nə geyinəcəyinizə qərar verə bilməmisinizsə, diqqətiniz Publika.az-da olsun!

Çünki sizin üçün məşhurların həftəsonu üçün uyğun hesab etdikləri stilləri araşdırmışıq. Dünyanın ən dəbli xanımlarından ilham almaq çox asandır.

Kendall Cennerin nyud seçimi

Məşhur model Kendall Cenner bəsit və sadə geyimlərlə rahat və şıq kombinlər yaratmağı çox sevir. Siz də təbii çalarlarda olan kofta və trençkotla eyni effekti əldə edə bilərsiniz. Şıq görünmək üçün bu kombini hündürdaban ayaqqabı ilə tamamlamağı unutmayın!

Oliviya Palermonun idman tərzi

Həftəsonu üçün ən uyğun seçimlərdən biri də idman stilidir. Üstəlik, geyiminiz sizə özünüzü həm rahat hiss etdirəcək, həm də şıq görünəcək. Dar cins şalvar, krem çalarlarında sviter və dəbli ayaqqabı ilə hamını özünüzə heyran qoyacaqsınız.

Cici Hadidin qlem-rok stili

Həftəsonu bütün nəzərlərin sizin üzərinizdə toplanmasını, hər kəsin diqqətini cəlb etməyi planlaşdırırsınızsa, məşhur model Cici Hadiddən ilham ala bilərsiniz. Çünki o, diqqət çəkməyi xoşlayan xanımların köməyinə gələn qlem-rok stilində geyinməyi xoşlayır.

Üstü yazılı kofta, dar cins şalvar, iti burun ayaqqabı, göy rəngli pencək və ya jiletlə olduqca iddialı görünəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm