Rəfiqələrinizin həsəd aparacağı ən dəbli aksessuar - FOTOLAR
Bizi izləyin

Dəb

Rəfiqələrinizin həsəd aparacağı ən dəbli aksessuar - FOTOLAR

Papaq sizi təkcə qardan, küləkdən qoruyan baş geyimi deyil. Bu həm də sizin obrazınızı vurğulayan, hətta rəfiqələriniz arasında sizə seçilmək şansı verən ən dəbli qış aksessuarıdır.

Hansı statusa malik olmağınızdan asılı olmayaraq, papaq qış obrazının əsas tamamlayıcısı olmaq iqtidarındadır. Məsələn, çox ciddi üslubunuz varsa, maraqlı baş örtüyü ilə ona zəriflik qata bilərsiniz.

Toxuma yun papaqlar hər zaman olduğu kimi, bu qış da aktualdır. 70-ci illərin bohem tərzində hazırlanmış papaqlar sizə yaza qədər yoldaşlıq edən ən sadiq aksessuarınız ola bilər.

Həm təbii, həm də süni xəz detalları ilə işlənmiş papaqları unutmaq qəbahət olardı. Bu papaqlarla siz rus romanlarının unudulmaz baş qəhrəmanlarını xatırladacaqsınız.

Strazlar və digər dekorlarla işlənmiş modellərdən imtina etmək lazımdır. Dəb tənqidçilərinin fikrincə, çiçək, daş-qaş və digər dekorlarla ifrat dərəcədə bəzədilmiş papaqlar hər bir obrazı bir anda "ucuzlaşdırmağa” qadirdir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm