Dəb
Romantik bahar axşamları üçün dəbdəbəli ziyafət libasları - FOTOLAR
Hicablı, örtülü geyinən xanımlar özəl günlərdə arzuladığı libası tapmaqda çətinlik çəkirlər. “Nə geyinim? Hansı aksessuarlardan istifadə edim?” və.s kimi suallarla qarşılaşırlar. Publika.az hicablı xanımları bu suallardan xilas edən, ziyafət gecələrində geyinə biləcəyi dəstlər seçib:
Gəlin birlikdə baxaq!
Hicablı xanımlar üçün dəbli ziyafət libası
Kombinin detalları:
Paltar: “Emillo Pucci”
Şərf: “Brunello”
Pencək: “Monsoon”
Ayaqqabı: “Gianvito Rossi”
Çanta: “Nly”
Gəlin qəbul edək ki, dizaynerlər özəl dəvətlər və mərasimlərdə ən çox qızılı və gümüşü rənglərə üstünlük verməyi məsləhət görür. Bu dəstdə parıltılı yaşıl rəngli ziyafət libası istifadə olunub. Yaşıl rəngli ziyafət libası qızılı aksessuarlarla birləşdirilib. Qızılı rənglə yaşıl bir-birini tamamlayan gözəl rənglərdir.
Zərif çəhrayının möcüzəsi
Kombinin detalları:
Paltar: “Elie Saab”
Şərf: “Love Quotes”
Pencək: “Venessa Bruno”
Ayaqqabı: “Christian Louboutin”
Çanta: “Style&co”
Bu il ən çox istifadə edilən rənglərdən biri də çəhrayıdır. Dəst bütünlüklə çəhrayı rəngdən ibarət olsa da, darıxdırıcı deyil. Aksessuarları çəhrayının başqa çalarlarında seçə bilərsiniz.
Rənglərin hakimi: qara
Kombinin detalları:
Paltar: “Javani Embellished”
Şərf: “Cutuli Cult”
Pencək: “A-line”
Ayaqqabı: “Christian Louboutin”
Çanta: “Bao Bao”
Qara demək olar ki, hər bir xanımın sevdiyi, vaz keçmədiyi və heç vaxt köhnəlməyən rəngdir. Qara rəngdə boğucu görünməmək üçün dəstə gümüşü aksessuarlar əlavə olunub.
Gümüşü parıltı
Kombinin detalları:
Paltar: “Elie Saab”
Çanta: “Aleksandr Mcqueen”
Ayaqqabı: “Giuseppe Zanotti”
Şərf: “Silk & Cashmere”
Biserli, muncuqlu ziyafət libası kifayət qədər cəlbedici olduğu üçün aksessuarları minimal tərzdə seçməlisiniz. Gözü yoran görünüşdən uzaq olmaq üçün böyük və parlaq aksessuarlardan istifadə etməyin.
İdeal ağ
Kombinin detalları:
Paltar: “Emilio Pucci”
Şərf: “Roberto Cavalli”
Çanta: “Bag Bliss”
Ayaqqabı: “Giuseppe Zanotti”
Ağa ziyafət libası romantik bahar axşamları üçün ideal seçimdir. Ağın saf və təmiz sehrini gümüş aksessuar və ayaqqabılarla tamamlayaraq parıltılı bir təsir yarada bilərsiniz.
Sonda yadınızda saxlayın ki, geyiminiz yerdən və əhval-ruhiyyəmizdən asılıdır. Parıltılı ziyafət libasları gözəlliyinizi vurğulamaq üçün ideal seçimdir. Həddindən artıq parıltını sevməyən xanımlar sadə ziyafət libaslarını dəbdəbəli çantalar və digər aksessuarlarla birləşdirə bilər.
Aytən
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı