Dəb
Zərifliyi sevən xanımlar üçün ağ stiletto ayaqqabılar - FOTOLAR
Ağ stilettolar dəbdədir!
Düşməni deyə bilmərəm, amma qadınlar tanıdığı, yaxud tanımadığı həmcinsi ilə qarşılaşanda ilk olaraq onun ayaqqabılarını nəzərdən keçirir. Çünki xanımlar belə hesab edirlər ki, geyimdə əsas sözü məhz zövqlə seçilmiş ayaqqabı deyir. Qalan əşyalar isə onun köməkçiləridir. Qüsursuz və zərif ayaqqabılar xanımların ən həssas nöqtələridir... Xüsusən də hündürdaban ayaqqabılardan nə qədər çox alsalar da, “doya” bilmirlər, geyinməsələr də, zövq almaq xətrinə onlara böyük sərvət xərcləməyə razı olurlar. Bu məsələdə xanımları qınamaq olmaz. Axı hündürdaban ayaqqabılar zərif cinsin nümayəndələrini çox çəkici göstərir.
Stilettolar istənilən yaş həddində olan qadınların geyindiyi klassik ayaqqabı modelidir. Stilettolar müxtəlif variantlarda buraxılır ki, bu da öz sahibinə 24 saat ərzində qulluq etməyi asanlaşdırır. Xanımların əksəriyyəti universal ayaqqabı modelinin qara, ya da neytral tonlarına üstünlük verirlər. Çünki bu ayaqqabı modeli praktik olaraq bütün paltarlarla uyğunlaşır. Publika.az xəbər verir ki, bu mövsüm qara və bej rəngli stilettolar bir qədər kölgədə qalacaqlar. Onların yerini isə ağ stilettolar tutmağa hazırlaşır.
Son zamanlar bir çox məşhurun ağ stiletto geyinməsi və dəb bloqqerlərinin küçələrdə ağ stilettolarıyla dolaşması bu model ayaqqabıların populyarlaşmasına səbəb oldu.
Bu mövsüm ağ stiletto ayaqqabılar ən az neytral rəng ayaqqabılar qədər populyardır. Ağ da digər rənglərlə mehriban yola getdiyi üçün onu geyim dəstinə uyğunlaşdırmaqda çətinlik çəkməyəcəksiniz.
2015-ci ilin yaz-yay mövsümü üçün xüsusi stilletto modelləri hazırlanıb. Yaz aylarında klassik formalar dəbdədir. Yay ayları üçün orta dabanlı, arxası açıq modellər təklif edilir. İtiburunlu ağ stilettoların biləkdən bağlı modelləri də olduqca aktualdır.
Ağ stiletto dəbinə aid bir neçə nümünə seçmişik.
Aytən
-
İqtisadi gündəm00:45Qiymətli metallar kəskin bahalaşdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Səma sizə güclü bir həqiqəti pıçıldayır
-
Sosial14 Aprel 23:36Bulvarda gülləri əzənlər məşhur bloqerlər imiş - Adlar
-
İdman14 Aprel 23:00Millimizdən növbəti qələbə
-
Magazin114 Aprel 22:36Xalq artistinin oğlu ABŞ pasportu aldı - FOTO
-
Sosial14 Aprel 21:12Bakı litvalı fotoqrafın gözü ilə... - FOTO
-
Səhiyyə14 Aprel 20:30TƏBİB-in yeni icraçı direktoru kimdir? - DOSYE
-
İKT14 Aprel 19:36Qaban ovlayan robot internet ulduzuna çevrildi - VİDEO








.jpg)

.jpg)


























