Digər
PKK üçün sonun başlanğıcı - "Amerikanın xarici siyasəti nə vəd edəcək?"
Fransanın öndə gedən yayım qurumlarından “Le Figaro” qəzeti PKK terror təşkilatının başına gələn son hadisələrlə bağlı “Suriya Kürdistanı üçün sonun başlanğıcı olan bir məğlubiyyət - Afrin” adlı məqalə yayımlayıb.
Publika.az xəbər verir ki, qəzet kürdlərin Qərb qüvvələri tərəfindən tərk edildiyinə diqqət çəkib.
“YPG üçün məngənə daralır. Türk ordusunun Afrini ələ keçirməsi kürdlər üçün sonun başlanğıcı anlamına gəlir. Kürdlərin muxtar bir bölgə qurmaları üçün lazım olan şərtlər yox olmaq üzrədir” -, xəbərdə deyilir.
PKK/PYD-nin məğlubiyyətə uğramasının başlıca səbəbi kimi Rusiyanın Türkiyəyə verdiyi dəstək göstərilir. Xəbərdə Rusiyanın ABŞ-ın planlarını pozmaq üçün hərəkətə keçdiyi də bildirlib:
“Royavadakı ABŞ qüvvələri kürdlərin son təminatı idi. Ancaq naməlum və dəyişən xarici siyasətin nələr vəd edəcəyi bilinmir”.
Qəzetin ikinci məqaləsində Münbiç məsələsinə də toxunulub. Xəbərdə Afrini azad edən Türkiyənin növbəti hədəfinin Münbiç olduğu və burada 200 amerikalı əsgərin qaldığı qeyd edilib.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
































.jpg)
.jpg)

