Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
Bizi izləyin

Səhiyyə

Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

Rusiya Endokrinoloqlar Assosiasiyasının üzvü, diyetoloq Pavel Baranov insan qanında şəkərin optimal səviyyəsinin nə qədər olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb.

Baranov qeyd edib ki, sağlam insanın qanında qlükozanın optimal səviyyəsi litrə 3,3–6 mmol arasında dəyişir.

“3,3 mmol-dan aşağı göstərici hipoqlikemiya, yəni qanda şəkərin aşağı olması adlanır. Altı mmol-dan yuxarı göstərici isə hiperqlikemiya, yəni qanda şəkərin yüksək olması deməkdir”, – deyə o bildirib.

Analizlərin mümkün qədər dəqiq nəticə verməsi üçün mütəxəssis qanı acqarına verməyi, prosedurdan əvvəl sakit qalmağı, sudan başqa heç nə yeməməyi və içməməyi tövsiyə edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm