Digər
Misirin yeni prezidenti seçildi
Misirin hazırkı prezidenti Əbdülfəttah əs-Sisi rəsmən növbəti dörd il müddətinə Misir Ərəb Respublikasının dövlət başçısı vəzifəsinə seçilib.
Publika.az xəbər verir ki, bunu Qahirədə keçirilən mətbuat konfransında Milli Seçki Komissiyasının sədri Laşin İbrahim bəyan edib. Onun sözlərinə görə, ölkə daxilində seçkilərdə 24 milyon 97 min 92 seçici iştirak edib, xarici ölkələrdə səsverməyə isə 157 min 60 misirli qatılıb. Səsvermədə ümumilikdə 24 milyon 254 min 152 Misir vətəndaşı iştirak edib. Seçici fəallığı isə 41,05 faiz olub.
Milli Seçki Komissiyasının məlumatına görə, seçicilərin 21 milyon 835 min 387-si (97,08 faizi) Prezident Əbdülfəttah əs-Sisiyə səs verib. Onun yeganə rəqibi “Al Qad” partiyasının lideri Musa Mustafa Musa isə seçicilərin 2,92 faizinin səsini toplayıb.
-
Elm və təhsil22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin121:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...
-
Sosial20:48Azərbaycanda dörd nəfərə yüksək vəzifə verildi - ADLAR
-
Magazin219:48Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü yayıldı - VİDEO
-
Nida Xəbər 19:24445 min manatı mənimsəyən qadın Türkiyədən Azərbaycana gətirilir
-
Banklar 18:24Mərkəzi Bankla bağlı YENİ XƏBƏR - Dəyişiklik baş verdi




































