Pakistanda konvoya hücum: ölənlər var
Bizi izləyin

Digər

Pakistanda konvoya hücum: ölənlər var

Pakistanda silahlı şəxslərin konvoya hücumu zamanı təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı həlak olub.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Daily Pakistan" nəşri məlumat yayıb.

Məlumata görə, hücum İranla sərhəddə, Bəlucistan vilayətində baş verib. Silahlılarla atışma zamanı həmçinin təhlükəsizlik qüvvələrinin daha 14 üzvü yaralanıb.

Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm