Digər
Braziliya prezidentinin vədi MÜSƏLMANLARI QƏZƏBLƏNDİRƏCƏK
Braziliyanın yeni seçilmiş prezidenti Jair Bolsonaru ölkəsində səfərdə olan İsrail nümayəndə heyətinin üzvlərini inandırıb ki, səfirliyin Qüdsə köçürülməsi vaxt məsələsidir, çünki, qərar artıq qəbul edilib.
Publika.az xəbər verir ki, bu haqda “Times of Israel” nəşri bildirib.
Ultrasağ siyasi düşərgənin nümayəndəsi olan prezident bildirib ki, ABŞ prezidenti Donald Trampın addımını təkrar etmək və səfirliyi dərhal Təl-Əvivdən köçürmək istəyərdi, ancaq güclü kənd təsərrüfatı lobbisi buna mane olur. Nəşr dəqiqləşdirir ki, fermerlərin narazılığı ərəb ölkələriylə ticarətdə mümkün itkilərlə bağlıdır.
Bildirilir ki, Braziliya mal ətinin təxminən 20 faizi (ölkəyə hər il təxminən 5 milyard dollar gəlir gətirir) 17 ərəb ölkəsinə satılır. İsraillə ticarət dövriyyəsi isə 1,2 milyard dollar təşkil edir.
Qeyd edək ki, ötən cümə günü Rio-de-Janeyroda Braziliya prezidenti ilə İsrailin baş naziri Benyamin Netanyahunun görüşü olub. Liderlərin bağlı qapılar arxasında keçirilən görüşünə sonradan xarici işlər, müdafiə və maliyyə nazirləri qoşulub. İsrailin baş nazirinin mətbuat xidmətinin məlumatına görə, tərəflər iqtisadiyyat, təhlükəsizlik və başqa sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılaşıblar.

Xatırladaq ki, 2017-ci il dekabrın əvvəlində ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bu il mayın 14-də - İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. Bunun ardınca, Qvatemala və Paraqvay analoji addım atıb. Lakin sonradan Paraqvay öz qərarını təkrar gözdən keçirərək geri addım atıb.
Lakin dünyanın əksər ölkələri hesab edir ki, Qüdsün statusunun müəyyən edilməsi Yaxın Şərq münaqişəsinin həlli üçün vacibdir. Bildirilir ki, şəhərin statusu fələstinlilərlə razılıq əsasında həll edilməlidir.
Şəhərin həll edilməmiş statusuna və onun şərq hissəsinə fələstinlilərin iddialarına baxmayaraq, Braziliya, Avstraliya və Çexiya rəhbərliyi səfirliklərin mümkün köçürülməsi haqqında açıq danışırlar.
Bu yaxınlarda isə Yerusəlimin işləri üzrə nazir Zeev Elkin bildirib ki, İsrail təxminən on ölkə ilə səfirliklərin Təl-Əvivdən Qüdsə daşınması haqqında danışıqlar aparır. Onun sözlərinə görə, bu ölkələr arasında keçmiş SSRİ respublikaları da var.
“Bir sıra ölkələrlə səfirliklərin mümkün köçürülməsi haqqında danışıqlar aparılır. Onların sayı təxminən ondur”, - agentliyin həmsöhbəti deyib.
Lakin nazir hansı dövlətlərdən söhbət getdiyini dəqiqləşdirməyib.
Ömər
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





