Dünya
Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
Somalili piratlar (dəniz quldurları) göyərtəsində 23 nəfərin olduğu İranın “Azini” balıqçı gəmisini ələ keçiriblər.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) Hind okeanında Dəniz Təhlükəsizliyi Mərkəzinə (MSCIO) istinadla məlumat yayıb.
Gəmi Somalinin şimal-şərq sahillərində, Bandar-Beyla və Hafun sahil şəhərləri arasında ələ keçirilib. Puntland muxtar regionunun dəniz polisindəki mənbənin məlumatına görə, gəmidə 21 İran vətəndaşı və iki somalili mühafizəçi olub. Hücumda 12 quldur iştirak edib. Ekipaj üzvlərinin vəziyyəti barədə hələlik məlumat yoxdur.
MSCIO xəbərdarlıq edib ki, ələ keçirilən gəmidən ticarət gəmilərinə hücumlar üçün üzən baza kimi istifadə oluna bilər. Avropa İttifaqının “Atalanta” dəniz əməliyyatı insidentlə bağlı araşdırmaya başlayıb və regiondakı gəmiləri sayıqlığı qorumağa, şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)


















.jpg)

.jpg)