Polis Türkiyə vətəndaşını saxladı - Avtomobilindən görün nə qədər qızıl tapıldı
Bizi izləyin

Dünya

Polis Türkiyə vətəndaşını saxladı - Avtomobilindən görün nə qədər qızıl tapıldı

Polis Türkiyə vətəndaşını saxladı - Avtomobilindən görün nə qədər qızıl tapıldı

Almaniyada polis əməkdaşları 38 yaşlı türkiyəli sürücünün avtomobilində xüsusi gizli bölmədə saxlanılan 8 kiloqram qızıl aşkarlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə Passau şəhəri yaxınlığındakı avtomobil yolunda keçirilən yoxlama zamanı baş verib. Sərhəd polisi tərəfindən saxlanılan avtomobildə aparılan axtarış zamanı dəyəri təxminən 950 min avro olan qızıllar avtomobildə quraşdırılmış xüsusi gizli hissədən çıxarılıb.

Hadisə zamanı sürücü qızılların ona məxsus olduğunu sübut edə bilməyib. Bu səbəbdən onun barəsində çirkli pulların yuyulması şübhəsi ilə araşdırma başladılıb.

Polis qızılları və sürücünün mobil telefonunu müsadirə edib. Faktla bağlı Münhen Prokurorluğunun nəzdindəki Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə və Aktivlərin Bərpası Mərkəzi tərəfindən istintaq aparılır.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm