Digər
Yaponiya adalardan imtina edir? – Tokio ilk dəfə…
Yaponiya “şimal əraziləri”nin qayıdışı (Yaponiya hazırda Rusiyanın ərazisi olan Kuril arxipelaqının cənubundakı İturup, Kunaşir, Şikotan və Habomai adalarını belə adlandırır – red.) üzrə ümummilli qurultayda ilk dəfə “qanunsuz işğal” ifadəsindən imtina edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Kiodo” agentliyi bildirir.
Nəşr dəqiqləşdirir ki, bu ifadədən imtina Rusiya və Yaponiya arasında münasibətlərin yaxşılaşması və sülh müqavilələri haqqında danışıqlar prosesi ilə bağlı ola bilər.
Qeyd edək ki, qurultay Tokioda hər il fevralın 7-də keçirilir. Tədbirdə ölkənin baş nazir, xarici işlər naziri və hökumətin başqa üzvləri ənənəvi iştirak edirlər.
Qeyd edək ki, Rusiya və Yaponiya İkinci dünya müharibəsinin nəticələrinə görə, sülh müqaviləsinin bağlanması məqsədi ilə məsləhətləşmələr aparır. Danışıqlarda əsas problem Tokionun “şimal əraziləri”nə iddiasıdır.
Yaponiya 1855-ci il tarixli ticarət və sərhədlər barədə ikitərəfli traktatı əsas tutaraq İturup, Kunaşir, Şikotan və Habomai adalarına iddia edir. Rəsmi Tokio adaların qaytarılmasını Rusiya ilə sülh anlaşmasının bağlanmasının şərti olaraq qoyub. Rəsmi Moskva isə bildirir ki, Cənubi Kuril adaları II Dünya müharibəsinin nəticəsi olaraq SSRİ-nin tərkibinə daxil edilib və onların üzərində Rusiyanın suverenliyi heç bir şübhə doğurmur.
Ömər Dağlı
-
Magazin222:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin221:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib
-
Hadisə17:21Zərdüşt Əlizadənin bacısı vəfat etdi - Foto
-
Avropa17:00Fransada 60 nümayişçi xəsarət aldı




































.jpg)
