Digər
Türk ölkəsində silah saxlamağa icazə verildi
Özbəkistan Ali Məclisinin Senatının plenar iclasında “Silah haqqında” Qanun qəbul edib.
Bu qanunla Özbəkistan vətəndaşlarına özünü müdafiə məqsədilə silah saxlamağa icazə verilir. Sənəddə bildirilir ki, xidməti silahları hüquqi şəxslər insanları və əmlakı müdafiə etmək üçün istifadə edə bilərlər. Hərbi silahlardan isə ancaq Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər strukturların əməkdaşları tərəfindən hərbi əməliyyatlar zamanı istifadə oluna bilər.
Özünü müdafiə məqsədilə mülki silah saxlayan şəxs kütləvi tədbirlərə, ictimai yerlərə silah aparmamalıdır. Şəxs sərxoş olduqda, narkotik və digər uyuşdurucu qəbul etdikdə də silah gəzdirməsi qadağan olunur.
Bildirilir ki, xidməti və mülki silahları əldə etmək Milli Qvardiya orqanında həyata keçiriləcək.
İdman və özünümüdafiə məqsədilə silahlar 18, ov silahı isə 21 yaşı tamam olan şəxslərə 3 il müddətinə veriləcək (Report).
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu