Digər
Vəliəhd şahzadə Qaşıqçı cinayətindən DANIŞDI: Onların buna ixtiyarı var
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı məsuliyyətini qəbul edib.
Publika.az xəbər verir ki, şahzadə qətlin onun məsuliyyəti altında olduğunu açıqlayıb.
Salman bu barədə ABŞ-ın PBS telekanalında yayımlanan “Frontline" proqramının prodüseri, jurnalist Martin Smitin 2018-ci il dekabr ayında verdiyi sualları cavablandırarkən danışıb. Proqram bu il oktyabrın 1-də yayımlanacaq.
Jurnalistin “sizin xəbəriniz olmadan belə bir hadisə necə baş verə bilər” sualına Məhəmməd ibn Salman “Səudiyyə Ərəbistanında 20 milyon insan yaşayır. 3 milyon dövlət işçisi var” sözləri ilə cavab verib.
“Bəs onlar sizin təyyarələrinizdən istifadə edə bilərmi” sualını isə “İşlərimə nəzarət edən nazirlər, səlahiyyətli şəxslər var. Bu, onların məsuliyyətidir. Onların bunu etməyə ixtiyarı var” şəklində cavablandırıb.
Qeyd edək ki, Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilmişdi.
BMT İnsan Hüquqları Ali Komissarlığı tərəfindən hazırlanan 101 səhifəlik hesabata görə, Səudiyyə Ərəbistanı Camal Qaşıqçının qəsdən və bilərək öldürməkdə ittiham edilib.
Zümrüd
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


