Digər
Musson yağışları bu ölkədə 134 nəfərin həyatına son qoydu
Hindistanın bəzi bölgələrində müşahidə olunan güclü musson yağışlarının törətdiyi fəsadlar nəticəsində son 3 sutkada ölənlərin sayı 134-ə çatıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, ən çox ölüm faktı Uttar Pradeş və Bihar ştatlarında qeydə alınıb.
Şiddətli yağışlar sel və daşqınların, torpaq sürüşmələrinin yaranmasına səbəb olub. Pis hava şəraiti ilə əlaqədar bəzi şəhərlərarası qatarların hərəkəti dayandırılıb. Ölkənin Meteorologiya Departamenti güclü yağışların növbəti 5 gündə də davam edəcəyini bildirib. Hindistanda musson yağışları adətən iyunun əvvəli başlayıb, sentyabrın 30-dək bitiridi. Amma bu il oktyabrın ortasınadək davam edəcəyi proqnozlaşdırılıb.
Təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması üçün qüvvələr səfərdər edilib. Su basan yaşayış məntəqələrinə əlavə nasoslar göndərilib.
Bihar ştatında orta məktəblərdə dərslər dayandırılıb. Uttarakhand ştatındakı Badrinat məbədində çıxılmaz vəziyyətdə qalan təxminən 4 min zəvvar 20 saatdan sonra hissə-hissə xilas ediliblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
