Kömür mədənində partlayış - 14 şaxtaçı həlak oldu
Bizi izləyin

Digər

Kömür mədənində partlayış - 14 şaxtaçı həlak oldu

Çində kömür mədənində partlayış olub.

Publika.az xəbər verir ki, hadisə Quyçjou vilayətində, Anlu rayonunda qeydə alınıb. Partlayış zamanı azı 14 şaxtaçı həlak olub. Qeyd edilir ki, daha 2 nəfər yerin altında qalıb.

Hadisə zamanı şaxtada 23 nəfər olub. Onlardan 7-i xilas edilib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm