Digər
Prezident Səhiyyə Nazirliyini tənqid etdi, statistikalar silindi - FOTO
Yeni tip koronavirus səbəbilə son 24 saat ərzində Braziliyada 1 382 nəfər dünyasını dəyişib. Bununla da ölənlərin sayı 37 min 312-yə çatıb.
Publika.az xəbər verir ki, Braziliya Səhiyyə Nazirliyi son sutka ərzində 12 min 581 yeni yoluxma faktı qeydə alıb. Beləliklə, infeksiya daşıyıcılarının sayı 685 min 427 olub.
Braziliya bu göstəricilərlə ABŞ-dan sonra pandemiyanın ən geniş yayıldığı ikinci ölkə mövqeyinə gəlib.
Ölkənin dövlət başçısı Jair Bolsonaru yerli mediaya verdiyi açıqlamada bu rəqəmlərin şişirdildiyini, ölkədəki real vəziyyəti əks etdirmədiyini deyib. Daha sonra tvitterindən də məsələ ilə bağlı fikirlərini yazan prezident bəzi əyalətlərin Səhiyyə Departamentlərinin rəqəmləri mübaliğələşdirdiyini qeyd edib.
Əyalət rəsmiləri isə prezidentin açıqlamalarına sərt reaksiya göstərib. Onlar Bolsonarunu COVID-19 ölümlərini görünməz hala gətirməyə çalışan avtoritar, duyğusuz, insanlıq və etikadankənar adlandırıb.
Səhiyyə Nazirliyi isə bu günə qədərki yoluxma və ölüm saylarını internet saytından silib. Bundan sonra isə bilgiləri paylaşmayacağını bildirib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
