Digər
Zelenski bu qanunu da imzaladı
Ukrayna prezidenti Vladimir Zelenski ölkənin gələcəkdə Avropaya inteqrasiyası üçün milli azlıqlar haqqında qanunu imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qanun layihəsi milli azlıqlara qarşı ayrı-seçkiliyi qadağan edir, mədəniyyət və dildən asılı olmayaraq bərabər hüquqlara təminat verir. Bu, milli azlıqların dillərində təhsil almaq, fikir və düşüncələrini ifadə etmək azadlığını təmin edir. Eyni zamanda, qanunda milli təhlükəsizlik üçün lazım gəldikdə hüquqların məhdudlaşdırılması da nəzərdə tutulur.
Bundan əvvəl Vladimir Zelenski “KİV haqqında” qanunu imzalayıb, ona əsasən, KİV üzərində dövlət nəzarəti gücləndirilir. Yeni qanuna görə, Rusiyanın hərəkətlərini müsbət qiymətləndirmək qadağandır.
Qanun çərçivəsində Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası (NTR) medianı cərimələyə, bağlaya biləcək. Agentliyin yeni səlahiyyətləri ona, məhkəmənin müvafiq qərarı olmadan bəzi KİV-lərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etməyə imkan verəcək.
Ayşən
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
































