Digər
Qanuna dəyişiklik edilir: Pedofillər axtalanacaq
Qırğızıstan parlamentində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüz cinayəti törədən şəxsin kastrasiya edilməsini nəzərdə tutan qanun təklifi qəbul edilib.
Publika.az xəbər verir ki, Qırğızıstan Milli Məclisinin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Milli Məclisin Daxili Nizamnaməsi komitəsində “cinsi zorakılığa” görə cəzaların artırılmasını nəzərdə tutan Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və Cəza İcrası haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun müzakirə edilib.
Deputat Ulan Bakasovun hazırlayıb təqdim etdiyi qanun layihəsi parlamentin sözügedən komitəsində qəbul edilib.
Ölkənin məhkəmə sistemində cəzaların azaldılması tendensiyası olduğuna diqqət çəkən Bakasov qanun layihəsində uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismarın qarşısının alınması üçün cəzaların ağırlaşdırılmasını nəzərdə tutduğunu bildirib.
Bakasov uşaqlara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq (zorlama) törətməkdə təqsirli bilinən məhkumlara verilən cəzanın 20 ilədək artırılmasını və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, məhbusun azadlığa çıxmasına 6 ay qalmış axtalanmasını təklif edib.
Təklif Assambleyanın Baş Assambleyasında müzakirə edildikdən sonra təsdiq olunarsa, qanuna çevriləcək.
Ayşən
-
Region17:10İrandan sərt xəbərdarlıq: "Dünyanın istənilən nöqtəsinə zərbə endirəcəyik"
-
Hadisə17:00Azadlığa çıxan sabiq icra başçısı: "Müalicəyə başlamışam" - FOTO
-
Digər16:52Məktəbdəki partlayışda ölənlərin sayı artdı - 110 yaralı var - YENİLƏNİB
-
MDB15:49"Metsamor"un istismar müddəti rəsmən uzadıldı - 160 milyon dollar xərclənəcək
-
Hadisə13:26Bakıda müəmmalı şəraitdə ölən Bərdə sakininin yaxınlarına susmaq təklif olunub
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb






















.jpg)




.jpg)









