Dünya
Avrozona Yunanıstanın irəli sürdüyü yeni islahat təkliflərini nəzərdən keçirir
Avrozona maliyyə nazirləri Avropa İttifaqının yeni xilas paketi müqabilində Yunanıstanın təqdim etidiyi ən son iqtisadi islahatlar planını müzakirə etmək üçün bir araya gəlib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Avropa Birliyi rəsmilərinin razılığı qəbul edəcəyinə dair heç bir təminat yoxdur. Şənbə günü Yunanıstan parlamenti rəsmi Afina hökümətinin yeni təkliflərini qəbul edib. Qanunvericilərin iclası cümə günü gecə yarısından sonra da davam edib. Baş nazir Aleksis Tsipras qanunvericilərə şəxsən müraciət edib.
O, parlamentə Yunanıstanın çətin mübarizənin sonunda olduğuna ümid etdiyini bildirib. Baz nazir Avropa İttifaqı ilə son bir neçə aydır davam edən danışıqları hökümətinin yunan xalqının haqları uğrunda mübarizəsi adlandırıb.
Yunan hökümətinin irəli sürdüyü yeni islahat təkliflərinə pensiyaların azaldılması və vergilərin artırılması daxildir ki, bu Avropa Maliyyə nazirlərinin uzun zamandır Yunanıstandan tələb etdiyi islahatlardır. Ötən həftə keçirilən referendumda isə bu tələblər yunan xalqı tərəfindən rədd edilib.
Təkliflərə həmçinin Beynəlxalq Valyuta Fondunun borc şərtlərini yeniləməsi daxildir.
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO