Dünya
Kompüter satışı 11,8 faiz azalıb
“İnternational Data Corporation” (IDC) analitik şirkətinin hesabatına görə, fərdi kompyuterlərin satışı gözlənildiyindən daha çox azalıb.
Publika.az xarici saytlara istinadən xəbər verir ki, bu ilin aprel-iyun aylarında fərdi kompyuterlərin qlobal miqyasda tədarükü 66,1 milyon ədəd təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azdır.
IDC ekspertlərinin fikrincə, mənfi dinamika daha çox onunla əlaqədardır ki, hazırda istehlakçılar və şirkətlər fərdi kompyuter və noutbuk almağa tələsməyərək yeni “Windows 10” əməliyyat sisteminin istifadəyə verilməsini gözləyirlər. Kompyuter sahəsinə mənfi təsir göstərən amillərdən biri də valyuta məzənnələrinin dəyişməsidir ki, bunun da nəticəsində fərdi kompyuterlər əksər ölkələrdə bahalaşıb.
Hesabata görə, ABŞ kompyuter bazarının həcmi 2015-ci ilin ikinci rübündə illik hesablamada təxminən 3,3 faiz azalaraq 16,4 milyon ədəd təşkil edib. Qeyd olunub ki, azalma “Apple” və “Lenovo” markalı qurğuların satışı ilə bağlı olub. Digər iri şirkətlərdə də fərdi kompyuterlərin satış həcmi aşağı düşüb.
Ötən rübdə Avropa, Yaxın Şərq və Afrika regionunda fərdi kompyuterə tələbat az olub.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan