Dünya
III dünya müharibəsinin anonsu verildi
Əgər Rusiya Avropa və Kanada kimi Birləşmiş Ştatlara
tabe və vassalı olmasa, Ağ Ev Moskvaya qarşı müharibəyə
başlayacaq.
Məşhur analitik Pol Kreyq Roberts hesab edir ki, Pentaqon artıq
yeni hərbi strategiyasını bəyan edib. Bu strategiyada müstəqil
siyasət yürüdən ölkələr hədəf götürülüb.
Xatırladaq ki, Vaşinqtonun yeni milli hərbi doktrinasında əsas
hədəf terrorçular deyil, ABŞ tərəfindən müəyyən edilən beynəlxalq
normalara qarşı çıxan dövlət subyektləri göstərilir.
Pol Kreyq Roberts hesab edir ki, guya beynəlxalq normaları pozan
ölkələr ABŞ-ın maraqlarını nəzərə almadan qərar verirlər. Ona görə
də Vaşinqton həmin ölkələri özləri üçün təhlükə hesab edir və bu
ölkələrə hücum etməyi planlaşdırır.
Politoloqun sözlərinə görə, hazırda ABŞ əsas hədəf kimi
Rusiya, Çin və İranı götürüb. Bundan başqa Vaşinqtonun yeni milli
hərbi doktrinasında Ermənistan, Qırğızıstan və Cənubi Amerika
ölkələrində dövlət çevrilişlərinin həyata keçirilməsi nəzərdə
tutulub.
Vaşinqton bu yaxınlarda üçüncü dünya müharibəsinin
qaçılmazlığını bəyan edən Çini "cilovlamağa" ümid edir və bu ölkə
ilə Cənub-Çin dənizində yerləşən adalara görə qarşıdurma
vəziyyətindədir.
Rusiyanı beynəlxalq normaları kobud şəkildə pozduğunu bildirən
Kreyq Roberts Pentaqonun doktrinasının amerikalıların
təhlükəsizliyi naminə yeni konfliktlərin baş verəcəyini
təsdiqlədiyini deyib.
"Bu sənəd ondan xəbər verir ki, Rusiya ilə müharibə bizim
gələcəyimizdir. Moskva Avropa, Kanada, Avstraliya, Ukrayna və
yaponiya kimi ABŞ-a tabe olmasa, müharibə başlayacaq. Onda biz
hamımız öləcəyik, ya da Rusiyanın cavabını verəcəyik", - Roberts
bildirib.
Qeyd edək ki, ABŞ iyulun 10-da Nevada ştatının Tonop poliqonunda
yeni nüvə bombasının sınağını həyata keçirib. Rusiya Müdafiə
Nazirliyi buna dərhal reaksiya verib.
Müdafiə nazirinin müavini Anatoli Antonov Vaşinqtonun bu addımını
təxribat adlandırıb.
"Nüvə silahının sınağının keçirilməsi Vaşinqtonun "nüvə silahları
olmamalıdır" bəyanatına tamamilə ziddir. Yeni sınağın həyata
keçirilməsi F-15E bombardmançı qırıcıların nüvə başlıqlı silahları
daşımasını sübut edən faktdır. Bu onu deməyə əsas verir ki, nüvə
sınağı В61-12 atom bombasının Avropada yerləşdirilən NATO
bombardmançı qırıcılarında istifadə mümkünlüyünü yoxlamaq üçün
keçirilib", - Antonov bildirib.
Nazir müavininin sözlərinə görə, bu sınaqlar ABŞ-ın
Avropada Rusiya ərazilərini dəqiq vura bilən nüvə silahlarını
yerləşdirmək planının olduğunun bariz nümunəsidir.
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO