Dünya
İstanbul və Mersində “Şafak” əməliyyatı: 79 nəfər saxlanıldı
Dünən İstanbuldakı “Dolmabahçe” sarayının qarşısında baş verən atışmadan sonra İstanbul terrorla mübarizə qrupları şəhərdə “Şafak” adlanan genişmiqyaslı əməliyyata başlayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorla mübarizə qrupları İstanbulun Sarıyer mahalında bir çox ünvanda səhər erkən saatlarında əməliyyat keçirib.
Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) terror təşkilatının mahalın Fateh Sultan Mehmet və Baltalımanı məhəllələrində yerləşən ünvanlarında axtarışlar aparılıb. Əməliyyatlardan əvvəl müəyyənləşdirilən ünvanlarda 40 nəfər saxlanılıb.
Terror təşkilatına qarşı Mersində aparılan əməliyyatda isə 39 nəfər tutulub.
Qeyd edək ki, “Dolmabahçe” sarayının qarşısındakı polislərə hücum edən şəxslərin DHKP-C üzvləri olduğu müəyyənləşdirilib. Atışmadan sonra qaçan terrorçular Almaniyanın İstanbuldakı konsulluğunun qarşısında saxlanılıb.
Ömər Dağlı
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?