Dünya
PKK-nın kassalarına qarşı böyük PLAN
Ankara PKK terror təşkilatının maliyyə qaynaqlarının qurudulması üçün genişmiqyaslı planı həyata keçirməyə hazırlaşır.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsas hədəf Avropadan Van, Hakkari və Şırnak üzərindən İraqın şimalına köçürülən pulların qarşısını kəsməkdir.
Bildirilir ki, planın müvəffəqiyyətlə həyata keçirilməsi terror təşkilatının silah qaçaqmalçılığı ilə silahlanmasınınn qarşısını böyük ölçüdə alacaq.
Məlumata görə, plan çərçivəsində Milli İstihbarat Təşkilatı (MİT), Maliyyə Nazirliyinin Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) və polis pulların hərəkət etdiyi marşrutları izləyəcək. İddiaya görə, təşkilata il ərzində poçt ilə 300, bank sistemi ilə 50 milyon avro köçürülür. Bundan başqa, PKK-nın il ərzində Avropa ölkələrindəki kürd mənşəli vətəndaşlardan ianə olaraq aldığı pulun 200 milyon avrodan çox olduğu təxmin edilir.
Təşkilatın maliyyələşməsində Almaniya, Hollandiya, Danimarka və Fransa başda olmaqla qitənin 14 ölkəsinin poçt və bank sistemi mühüm rol oynayır.
Ömər Dağlı
-
Sosial12:30
Bakının bu qəsəbəsində hamı evini satır - 25-30 min...
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?