Həlak olan miqrantların sayı 53 nəfərə çatıb
Bizi izləyin

Dünya

Həlak olan miqrantların sayı 53 nəfərə çatıb

Xilasedicilərin bildirdiyinə görə, Malayziyanın qərbində gəminin qəzaya uğraması nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb. Hilir Perak (Perak ştatı) dairəsi polis rəisinin müavini Şuhayli Mohd Zain bəyan edib ki, bu gün daha 26 nəfərin cəsədi aşkar olunub.

Rəis müavini həmçinin qeyd edib ki, xilasedicilərin xilas etdiyi 20 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan bəziləri yaxın vaxtlarda İndoneziyaya geri qaytarılacaqlar. Onun sözlərinə görə, 13 metr uzunluğunda gəmidə 70-80 nəfərin olduğu güman edilir. Hazırda gəminin qəzaya uğradığı Malayziyanın qərb sahillərində xilasetmə əməliyyatı davam etdirilir.

İlkin məlumatlara görə, İndoneziya bayrağı altında üzən gəmi Sumatra adasında yerləşən Tacunqbalay şəhərinə gedirmiş.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm