Dünya
Şengen zonası Rusiya vətəndaşları üçün qaydaları sərtləşdirdi
Şengen zonasının ölkələri Rusiya vətəndaşlarına vizaları yeni qaydalar üzrə verməyə başlayır.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları bundan sonra hər beş ildən bir barmaq izlərini verməlidir.
Bu qayda yaşı 12-dən az olan uşaqlara, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvlərinə aid deyil. Yeni qaydalara əsasən, birinci dəfə müraciət edən şəxs konsulluğa və ya səlahiyyət verilmiş viza mərkəzinə şəxsən gəlməlidir. Vizanın rəsmiləşdirilməsinin dəyərində dəyişiklik yoxdur.
Yeni viza informasiya sistemi bu gündən etibarən bütün Rusiya ərazisindəki 60 konsulluq və Şengen zonası ölkələrindəki 350 viza mərkəzində işləməyə başlayır.
Qeyd edək ki, Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan Şengen zonasının ölkələridir. İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyillər.
Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen
zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi
nəticəsində asanlaşdırılıb. Şengen vizaları qısamüddətli vizalardır
və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa
imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb
olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Ömər Dağlı
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək
-
Sosial15:57
Azərbaycanda özünün xəbəri olmadan “şirkəti” olanlar: Vətəndaşı necə aldadırlar?
-
Dünya15:44
Bu ölkə ukraynalı diversantlara təlim keçir: Rusiya sərhədini yaracaqlar
-
Hadisə15:17
Ali Məhkəmənin hakimi intihar etdi - Şok səbəb
-
Rəsmi xronika14:54
Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı SƏRƏNCAM
-
Qarabağ 13:50
Polis Xankəndidə xüsusi əməliyyat keçirdi - Anbaan görüntülər
-
Qarabağ 13:05
ANAMA-nın əməkdaşı Şuşada minaya düşdü - TƏCİLİ