Müharibənin strategiyası dəyişdi: yeni hədəf Rusiya və İrandır
Bizi izləyin

Dünya

Müharibənin strategiyası dəyişdi: yeni hədəf Rusiya və İrandır

Suriyanın paytaxtı Dəməşq yaxınlığında bir çox əhəmiyyətli nöqtəni ələ keçirən “Ceyşül İslam” (İslam Ordusu) müxalifət qrupu yeni strategiya müəyyənləşdirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İslam Ordusu Bəşər Əsəd rejiminin ən böyük dəstəkçisi olan Rusiya və İrana zərbə vurmağa hazırlaşır.

Bir tərəfdən Dəməşq çölünə, digər tərəfdən isə liman şəhəri Lazikiyənin şimalına hücumlar edərək rejim güclərinə ağır zərbə vuran müxalifət qüvvələrinin bundan sonrakı əsas hədəfi Rusiya və İran hərbçiləri olacaq. Dünən isə artıq ilk hücum xəbəri gəlib. İslam Ordusu Suriyanın Lazkiyə şəhərində rus zabitlərinin qaldığı “Hamim” hava limanına basqın ediblər.

“Hücumlar Rusiyanın Suriya xalqını öldürən rejimin yanında yer aldığı üçün həyata keçirilib”, - İslam Ordusundan bildirilib.

Hava limanına və orada yerləşdirilən hərbi texnikaya xeyli zərər vurulduğu bildirilsə də, ölən və yaralananlar barədə məlumat verilməyib.

Bundan başqa, Xüms, Lazikiyə və Hələbdə əməliyyatlar həyata keçirən İslam Ordusu “Hizbullah” silahlıları və İran əsgərlərinə ağır zərbələr endirib.

Rusiya və İran torpaqlarının böyük bir hissəsini itirən Əsədin Xüms və Lazikiyədə möhkəmlənməsini istəyir. Dəməşqi digər şəhərlərlə bağlayan yeganə yol da hazırda müxalif qüvvələrin əlindədir. İran və Rusiyanın bölgədəki yeganə müttəfiqi olan BAAS rejiminin devrilməsi bu iki ölkə üçün fəlakət anlamına gəlir. Rusiya xarici işlər naziri Sergey Lavrov da dünənki açıqlamasında terrorla mübarizənin davam etdirilməsi üçün Əsəd rejiminə sonuna qədər dəstək verəcəklərini bildirib.

Suriyadakı rus əsgərlər də Əsədin portretlərinin qarşısında çəkdirdikləri fotoşəkilləri sosial şəbəkələrdə paylaşmaqdan çəkinmirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm