İŞİD Afrika ölkəsi uğrunda döyüşlərə başladı
Bizi izləyin

Dünya

İŞİD Afrika ölkəsi uğrunda döyüşlərə başladı

İŞİD terror qruplaşması geniş təsir sahəsi əldə etmək üçün Liviya təhlükəsizlik gücləri ilə döyüşlərə başlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, paytaxt Trablusda İŞİD ilə təhlükəsizlik gücləri arasında baş verən qarşıdurmada 6 İŞİD üzvü və 3 polis həyatını itirib.

Təhlükəsizlik strukturlarındakı mənbədən verilən məlumata görə, Trablus vilayətində Muaytika hərbi bazasının yaxınlığında yerləşən həbsxanaya hücum edən İŞİD üzvlərinin bəziləri üzərində yerləşdirdiyi partlayıcıları partladıb.

Qarşıdurmadan sonra bəzi məhbusların qaçdığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm