Dünya
Media kapitanından şok etiraf: “Hökuməti biz yıxdıq”
Türkiyənin ən böyük media qrupu olan “Doğan” Media Holdinqinin rəhbəri Aydın Doğanın Türkiyədəki dövlət çevirilişlərində əli olması ilə bağlı etiraflarının daha bir sübutu ortaya çıxıb. Məlum olub ki, media kapitanı bunu tək prezident Rəcəb Tayyib Ərdoğana deyil,
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki,media kapitanı bu barədə fikirlərini tək Prezident Rəcəb Tayyib Ərdoğana deyil, eyni zamanda “Yeni Şafak” nəşrinin sahibi Ahmed Albayrak və Nuru Albayraka da deyib.
Bir müddət əvvəl prezident Ərdoğan “Kanal 7” və “Ölkə TV”nin ortaq yayımında Aydın Doğanın ona “elə dövrlər oldu ki, hökuməti biz gətirdik, hökuməti biz devirdik” dediyini bildirib. Amma gündəmdə bomba effekti yaradan bu sözlər Aydın Doğanın sahibi olduğu “Hürriyyət” qəzetinə müsahibəsində təkzib olunub.
Amma Doğanın prezident Ərdoğana “Conrad Otel”də söylədiklərinin eynisini 2000-ci ildə “Yeni Şafak”ın sahibi Ahmed Albayrak və Nuru Albayraka da söylədiyi ortaya çıxıb.
“Refah-Yol şirkətlərimizə 60-70 nəfərlik təftiş qrupu göndərdi. Yoldaşlardan vəziyyətin necə olduğunu soruşdum. “Belə gedərsə, bizi batırarlar” dedilər. Gördüm ki, qırx illik şirkətimi batıracaqlar, mən də hökuməti yıxdım”, - o, deyib.
Xatırladaq ki, 1997-ci il fevralın 28-də keçirilən Milli
Təhlükəsizlik Şurasının (MGK) qərarları o dövrdə Nəcmədin Ərbakan
və Tansu Çillerin koalisiyası ilə qurulmuş “Refah-Yol” hökumətinə
bildirilib. Qərarda dünyəvi sistem üçün qərarların icrası tələb
olunub. Fevralın 28-də başlayan bu proses eyni il iyun ayının 18-də
baş nazir Nəcməddin Ərbakanın istefası ilə nəticələnib. Hökuməti
yenidən qurmaq vəzifəsinin parlamentdə deputat sayına görə 2-ci
partiyanın (DYP) sədri olan Tansu Çillerə verilməsi gözlənilsə də
prezident Süleyman Dəmirəl iyunun 19-da bu vəzifəni ANAP-ın (Ana
Vətən Partiyası) sədri Məsud Yılmaza verdi. M.Yılmaz isə iyunun
30-da “Anasol-D” hökumətini qurub.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin tarixi boyu bu ölkədə - 27 may 1960, 12 mart 1971, 12 sentyabr 1980 və 28 fevral 1997 olmaqla 4 hərbi dövlət çevrilişi baş verib. İlk hərbi dövlət çevrilişindən sonra Türkiyənin baş naziri və 2 nazir asılaraq edam edilib, son hərbi çevrilişdə isə sabiq baş nazir Nəcməddin Ərbakanın siyasi fəaiyyətinə ömürlük qadağa qoyulub.
Ömər Dağlı
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər