Relsin üzərində yoqa ilə məşğul olduğu üçün həbs olundu – VİDEO
Bizi izləyin

Dünya

Relsin üzərində yoqa ilə məşğul olduğu üçün həbs olundu – VİDEO

Amerika polisi Vaşinqton metrosunda relslərin üzərində yoqa ilə məşğul olan qadını həbs edib.

Publika.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, ötən ilin dekabrında baş verən hadisə barədə yalnız indi rəsmi məlumat verilib.

Hüquq mühafizə orqanları hadisə ilə bağlı görüntüləri dərc edib. Videodan görünür ki, bir qadın və bir kişi “West Falls Church” stansiyasında relslərin üzərinə enirlər. Bu zaman platformada heç kim olmur. Qadın relslərin üzərində yoqanın müxtəlif pozalarını yerinə yetirməyə başlayır, kişi isə onu fotoaparatla çəkir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm