Reyqanı ölümdən qurtaran məxfi xidmətin əməkdaşı öldü
Bizi izləyin

Dünya

Reyqanı ölümdən qurtaran məxfi xidmətin əməkdaşı öldü

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın mühafi zəçilərindən biri ölüb.

Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, Jerry Parr Vaşinqtonda 85 yaşında dünyasını dəyişib.

Parr Reyqana 30 mart 1981-ci il edilən sui-qəsd zamanı ona “Limuzin”də gizlənməyə kömək edib. Parr ABŞ Məxfi Xidmətində 1962-ci ildən işləyirdi.

Qeyd edək ki, 30 mart 1981-ci ildə Con Xinkli Vaşinqtondakı “Hilton” mehmanxanasının yanında Ronald Reyqana atəş açıb. Nəticədə Reyqandan başqa üç nəfər - prezidentin mətbuat katibi Ceyms Breyd (2014-cü ildə ölüb), polis və Məxfi Xidmətin əməkdaşı Timoti Makkarti yaralanıb. Reyqan odlu silahdan istifadə ilə sui-qəsdə məruz qalan ilk Amerika prezidenti olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm