Dünya
Dəhşətli plan: Bu kamikadzelər Türkiyəyə keçib - FOTO
Türkiyə kəşfiyyatı kamikadze hücumu həyata keçirə biləcək 21 nəfərlə bağlı məlumatları toplayıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onlardan 3-ü xarici ölkənin vətəndaşı olmaqla 6-sı qadındır.
Kamikadzelərdən 18-nin Adıyaman vilayətinin sakini olduğu bildirilir. Adıyamanda 2013-cü ildə bir çay evində toplanan və ilin ikinci yarısından etibarən sərhədi keçərək Suriyaya gedən şəxslər İŞİD-in sıralarına qatılıb. Onların bir çoxu sonradan ölkəyə qayıdıb.
Ötən ilin oktyabr ayında Suriyaya gedən və İŞİD-ə qatılan Orhan Gönder 7 iyun seçkiləri öncəsi Diyarbəkrdəki HDP mitinqində, Şeyx Əbdürrəhman Alagöz isə 20 iyulda Şanlıurfa vilayətinin Suruç mahalında terror aktı törədib. Kamikadze olan Alagöz partlayışda ölsə də, HDP mitinqində bombanı patladan Orhan Gönder isə hadisədən sonra həbs olunub.
Axtarılan 21 nəfərin hamısının İŞİD-in daxilindəki “Toxucular Qrupu”nun üzvləri olduğu bildirilir. Kəşfiyyat qurumları onlardan 19-nun fotoşəkillərini əldə edib. Xarici ölkənin vətəndaşları olan 2 qadının isə fotoşəkillərini əldə etmək mümkün olmayıb. Onlardan bəzilərin ötən aylarda Türkiyəyə keçdiyi deyilir. Kamikadzelərin İŞİD-dən gələ biləcək təlimatla terror aktı törədə biləcəyi ehtimalı yüksək qiymətləndirilir.
Ömər Dağlı
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO
-
Hadisə14:34Azərbaycanda çay şirkətinin rəhbəri qəfil vəfat etdi
-
İdman14:09Əfsanəni mağazada tanınmaz halda gördülər - Foto
-
Hadisə13:43İlginc cinayət - Atasını talayıb gözəllik salonu açdı
-
Hadisə13:34Ordu generalı professor oldu
-
Region13:10Zəlzələ həyəcanı - Xəzərdəki seysmik aktivlik nədən xəbər verir?














.jpg)










.png)

.jpg)






