İdman
“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı - Gözlənilməz zəng
“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev komandanın baş məşqçisi Qurban Qurbanovla əlaqə yaradıb.
Publika.az Savashmedia.az-a istinadla xəbər verir ki, Elvin Cəfərquliyev komandasının dünən “Neftçi”yə 1-2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Qurban Qurbanova zəng edib.
Danışıq zamanı konkret nələrin müzakirə edildiyi məlum olmasa da, bu təmasdan sonra tərəflər arasındakı buzların əridiyini düşünmək olar. Bunun ilk əlaməti kimi cəzalandırılan futbolçuların – Elvin Cəfərquliyev və Abbas Hüseynovun əvəzedicilərin heyətində ilk oyunlarına çıxmalarını göstərmək olar.
Mənbə Qurban Qurbanovun Elvini bağışladığını desə də, futbolçunun mayın 4-də “Turan Tovuz“la qarşılaşmada heyətə daxil edilib-edilməyəcəyinin dəqiqləşmədiyini bildirib.
Xatırladaq ki, onlar bu gün “Zirə”nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıblar.
-
Magazin205:15"Kızılcık Şerbeti"nin 35 yaşında ölən aktrisası ilə bağlı şok iddia - Vəkili prokurorluğa müraciət etdi
-
İdman02:44Hakim Messiyə sarı vərəqə belə göstərmədi... - FİFA-ya şikayət
-
Qoroskop01:40Günün ulduz falı: Gizli qalan bəzi məsələlər aydınlaşa bilər
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ

































