Hadisə
TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
TƏBİB Ağdamda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyətini açıqlayıb.
Qurumdan Publika.az-a verilən məlumata görə, Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3 kişi, 1 qadın) 01.05.2026-cı il tarixində saat 20:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib:
"Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 1 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir".
***
Ağdamda baş verən qəza zamanı ölənlərin kimliyi məlum olub.
Publika.az-ın Teleqraf-a istinadən xəbərinə görə, qəza zamanı ölənlərin Ağdam rayon Xaçındərbənd kənd sakini 1966-cı il təvəllüdlü Kərimov Surxay Şəmil oğlu və Cəsarət adlı şəxs olduğu bildirilir.
***
Ağdamda baş verən qəza zamanı 2 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan "VAZ"2107 markalı avtomobil qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub.
Nəticədə 2 nəfər ölüb 4 nəfər ağır xəsarət alıb.
Hadisə yerinə təcili tibbi bölməsinin avtomobilləri yollanıb.
Faktla bağlı araşdırma aparılır
-
Sosial18:48Lazeroloq Cahanı öldürmək istəyən şəxsə 10,5 il iş verildi
-
Sosial18:12Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı
-
Rəsmi xronika16:10İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
-
Dünya14:57NASA-dan Ukraynanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK
-
Region13:19Türkiyədə turistlərə xəbərdarlıq: 130 dollar cərimələnə bilərsiniz
-
ABŞ12:01Trampın başı dərddə: Məhkəmə iddiası qaldırıldı - Sosial mediada görün nə edib
-
Nida Xəbər 10:12İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində - FOTO
-
Cənubi Qafqaz10:09Ermənistan bu kəndi Azərbaycana qaytaracaq





































