Dünya
ABŞ kəşfiyyatının “kölgəsi”: “PKK boru kəmərlərinə hücum edə bilər”
“Türkiyədə stabilliyin pozulması beynəlxalq enerji
xətlərinə ciddi təhlükələr yaradıb”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın özəl
kəşfiyyat araşdırmaları mərkəzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ)
“kölgə” strukturu hesab edilən “Stratfor”un hazırladığı məqalədə
deyilir.
Məqalədə bildirilir ki, Rusiyadan, Azərbaycandan, İrandan və
İraqdan gələn neft və təbii qaz Türkiyə tranziti ilə Avropaya
çıxır: “Türkiyədə və bölgədəki ekstremist qruplar enerji daşıyan
boru kəmərlərinin bəzilərini artıq hədələyirlər. Xüsusilə, İŞİD və
PKK əsas təhlükəli qüvvələrdir. PKK Azərbaycan və İrandan təbii
qazı Türkiyəyə gətirən boru xətlərinə hücumlar edib. Əgər oktyabrın
10-da Ankarada törədilən terror aktı xəbərdarlıqdırsa, vəziyyət
daha böyük təhlükələrə gətirib çıxara bilər”.
“Stratfor” yazır ki, Türkiyədəki daxili stabilliyin pozulması və
terrorçuların aktivləşməsi ilk növbədə 16 milyard kubmetr
Azərbaycan qazını Avropaya daşıyacaq Trans-Anadolu boru xəttini
(TANAP) ciddi şəkildə hədələyir: “Halbuki bu, Rusiya qazından
asılılığını bitirmək istəyən Avropa üçün mühüm layihədir.
Türkiyənin dostları, müttəfiqləri, eləcə də investorlar üçün bu
ölkənin stabilliyi önəmlidir. Misal üçün, Azərbaycanın SOCAR
şirkəti və Böyük Britaniyanın bp şirkətinin əsas payçı olduğu,
Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olan Cənub Qaz
Dəhlizinin təhlükəsizliyi Türkiyənin stabilliyindən çox
asılıdır”.
Bu ilin avqust ayında Bakı-Tbilisi-Ceyhan xəttində PKK-nın hücumunu
xatırladan mərkəz yazır ki, kürdlər indi Türkiyənin ən böyük
şəhərlərində hər an ayağa qalxmağa hazır vəziyyətdədirlər.
“Belə bir vəziyyətdə Türkiyəyə kapital qoyuluşu çətinləşir və bu
ölkədə tranzit olaraq daşınan enerjiyə təhlükə yaradır. Xüsusilə
Avropaya təbii qaz daşıyacaq TANAP üçün risklər böyükdür. Hesab
etmək olar ki, bu kəmərə yarana biləcək təhlükə Rusiyanın əlinə
oynamaqdır. Çünki Avropanın Rusiya qazından xilas üçün ilk seçimi
budur. “Türk axını” layihəsində yaranan problemlər fonunda
Rusiyanın istəmədiyi hər hansı enerji layihəsinin reallaşması
Kremli çox qıcıqlandırar. Buna görə də Türkiyə möhkəm olmağa
məcburdur, xüsusilə seçki öncəsi yaranmış kritik vəziyyətdə”,- deyə
mərkəz bildirir.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq