Dünya
İran işğalçı adlandırıldı

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil el-Cübeyr almaniyalı həmkarı Frank-Walter Steinmeier ilə birgə paytaxt Ər-Riyadda keçirdiyi mətbuat konfransında İranı hədələyən açıqlamalar verib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının baş diplomatı bildirib ki, İran Suriya torpaqlarının bir hissəsini işğal edib və günahsız insanların ölümünə bais olur. Onun sözlərinə görə, hazırda Suriyaya qarşı işğalçılıq siyasətini davam etdirən İranın heç bir sülh danışıqlarında rolu ola bilməz: “Bəşər Əsədin bu hakimiyyətinin sonu yoxdur. O, tutduğu vəzifədən istefa verməlidir. Ona dəstək verən İran da bu əməllərindən əl çəkməlidir. İranın bölgə xalqının işlərinə qarışmağa heç bir ixtiyarı yoxdur”.
Vasif Həsənli

-
Digər18:11
3 "Kinjal" Kalininqradda növbə çəkir - Rusiya MN
-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu