İŞİD-in qadın təhlükəsi: terrorçular yeni “kamikadze batalyonu” qurur
Bizi izləyin

Dünya

İŞİD-in qadın təhlükəsi: terrorçular yeni “kamikadze batalyonu” qurur

Kamikadzelər hazırlamaq üçün uşaqları tapmaqda çətinlik çəkən İŞİD terror təşkilatı yeni bir “kamikadze batalyonu” qurur.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Suriya səssizcə qətl edilir” insan haqları təşkilatı bildirib.

Təşkilatın məlumatına görə, İŞİD-in hədəfində bu dəfə ərəb qadınlarıdır.

İŞİD “kamikadze batalyonu”na qadınları seçməsinin səbəbi isə onların kişilərlə müqayisədə şübhələri üzərinə daha az çəkməsi ilə bağlıdır.

Terror təşkilatının üzvləri misirli bir qadına kamikadze olmaq üçün xeyli pul vəd ediblər. “İŞİD-in üzvü olan bir qadın mənə yaxınlaşdı və Rakkanı qorumaq üçün qadınlara ehtiyacları olduğunu söylədi. Məni İŞİD-ə qatılmağa razı salmağa çalışırdı. Mən öldükdən sonra ailəmə baxacaqlarını və ailəsinə böyük miqdarda pul verəcəklərini vəd edirdilər”, - Farah adlı qadın bildirib.

Məlumata görə, İŞİD Rakkanın küçələrində patrul keşiyi çəkən və əksəriyyəti ingilislərdən ibarət olan məşhur “Əl Hansa” qadın briqadasındakı qadınlardan kamikadze kimi istifadə etmək niyyətində deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm