Sarkisyan arvadı ilə sabah Tiflisə gedir
Bizi izləyin

Dünya

Sarkisyan arvadı ilə sabah Tiflisə gedir

Ermənistan prezidenti Serj Sarkisyan arvadı Rita Sarkisyanla birlikdə oktyabrın 30-da Gürcüstana səfər edəcək.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezident administrasiyasının xəbərində deyilir.

Ermənistan prezidenti gürcü həmkarı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili və Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşəcək. Sarkisyanın Georgi Marqvelaşvili ilə görüşündən sonra KİV üçün birgə bəyanat veriləcək.

Ermənistan prezidentinin səfərindən hansı məsələlərin müzakirə olunacağı açıqlanmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm