İŞİD-dən daha bir qadağa
Bizi izləyin

Dünya

İŞİD-dən daha bir qadağa

“İslam dövləti” (İŞİD) Suriyanın Rakka şəhərində kişilərin rəhbəri olduğu bütün qadın məsləhətxanalarını bağlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Independent” nəşri bildirib. İŞİD-in göstərişi ginekoloq-kişilərin pasiyentləri müayinə etməsinin qarşısını almaq məqsədi daşıyır.

Həkimlərin sözlərinə görə, son bir il ərzində ginekoloji klinikalara müraciət edən pasiyentlərin sayı ciddi şəkildə artıb, həm də pasiyentlərin yaşı azalıb. Onlardan bir çoxu o qədər gəncdir ki, hətta seksual əlaqənin nə olduğunu anlamırlar. Həkimlərdən biri bildirib ki, bəziləri hələ də klinikaya kuklaları ilə gəlirlər.

İŞİD 2015-ci ilin fevralında “xilafət”in sakinləri üçün qanun toplusu buraxıb. Qanun toplusundakı normalara əsasən, qızların ərə verilməsi üçün 9-17 yaşlar idealdır. Qızların nikahdan sonra yeganə işi ev təsərrüfatı və uşaqların tərbiyəsi olmalıdır. Qadınların yalnız xüsusi şəraitdə evi tərk etməsi məsləhət görülür.

Həmçinin qadınların həmişə bağlı geyimdə olması arzuolunandır. Dəb mağazaları və gözəllik salonları “iblisin yaradıcılığı” adlandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm