Dünya
Misir Qərbi məlumatları gizləməkdə ittiham etdi
Birləşmiş Ştatlar, Britaniya və başqa xarici ölkələr Rusiya təyyarəsinin keçən həftə qəzaya uğraması ilə bağlı kəşfiyyat məlumatlarını Misirlə bölüşmür.
Publika.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Sami Şukri jurnalistlərə açıqlamasında deyib. Qahirədə açıqlamalar verən Şukri xarici kəşfiyyat orqanlarının təyyarədə bombanın partlamasının mümkünlüyünə işarə edən məlumatların indiyə qədər Misir təhlükəsizlik xidmətinə ötürülmədiyindən şikayət edib.
Xarici İşlər naziri deyib ki, Misir hökuməti Qərb ölkələrinin texniki məlumatları rəsmi Qahirə ilə bölüşəcəyini gözləyirdi. Fransa mətbuatının verdiyi xəbərə görə, təyyarənin qara qutularından əldə edilmiş məlumatlar keçən həftə Sinay yarımadası üzərində qəzaya təyyarədə yerləşdirilmiş bombanın partlaması olduğuna işarə edir. Qəza nəticəsində 224 insan həyatını itirib.
Fransa 2 televiziyası və Fransa xəbər agentliyi AFP təhqiqata yaxın mənbəyə istinad edib.
Təhqiqatçılar Fransa xəbər agentliyinə bildirib ki, uçuş yazıları və pilot kabinasında səs yazısı Rusiya təyyarəsində hər şeyin normal olduğunu göstərir.
Təyyarənin havaya qalxmasından 24 dəqiqə sonra qutulardan birinin qeydə aldığı gurultulu səs bombanın partlamasına işarə hesab edilir.
ABŞ prezidenti Barak Obama və Britaniyanın Baş naziri Deyvid Kameron da təyyarədə bomba partlayışının baş verdiyinin mümkünlüyünü qeyd edib.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq