Şok iddia: Sərnişin təyyarəsi Misir səmasında raketlə qarşılaşıb
Bizi izləyin

Dünya

Şok iddia: Sərnişin təyyarəsi Misir səmasında raketlə qarşılaşıb

İngiltərədən Şarm əl-Şeyx şəhərinə uçan sərnişin təyyarəsi Misir hava məkanında raketlə qarşılaşıb.

Publika.az xəbər verir ki, bu barədə BBC-nin yaydığı xəbərdə bildirilir. Məlumata görə, avqust ayında Londondan Şarm əl-Şeyxə uçan təyyarənin pilotu qarşılaşdığı raketdən ani manevrlə sərnişinləri ölümdən qurtarıb. Göyərtəsində 189 sərnişin olduğu bildirilən təyyarə “The Thomson” şirkətinə aid olub.

İngilis hökumətinin şərhinə görə, araşdırmalar zamanı raketin məqsədli şəkildə təyyarəyə tuşlanmadığı, hərbi təlim zamanı atıldığı məlum olub.

Misir hökuməti isə belə bir faktın qeydə alınmadığını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Misirin Şarm əl-Şeyx şəhərindən Sankt-Peterburqa usan sərnişin təyyarəsi qəzaya uğrayıb. Nəticədə təyyarədə olan 217 sərnişin və 7 heyət üzvü həlak olub. Təyyarənin raketlə vurulduğu və ya göyərtəsinə bomba yerləşdirildiyi ehtimal edilir.

Hadisədən dərhal sonra İŞİD terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm